...

"Bakıelektrikşəbəkə" və "Siemens" Bakının enerji təchizatı üçün dairəvi sistem yaradacaq – ASC rəhbəri Baba Rzayev (video)

Energetika Materials 8 Fevral 2008 13:35 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" və "Siemens" Bakının enerji təchizatı üçün dairəvi sistem yaradacaq – ASC rəhbəri Baba Rzayev (video)

Azərbaycan, Bakı, 08 fevral / " , müxbir S.Əliyev/ "Bakıelektrikşəbəkə" ASC 2008-ci ildə "Siemens" şirkəti ilə olan müqaviləyə əsasən, Bakı abunəçilərinin elektrik enerjisi ilə dairəvi təminat sisteminin yaradılması layihəsini reallaşdırmağa başlamaq niyyətindədir. Bu barədə cümə günü mətbuat konfransında "Bakıelektrikşəbəkə"nin rəhbəri Baba Rzayev bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Bayıl qəsəbəsindən Bakının 1 nömrəli İstilik Elektrik Stansiyasına 110 kilovoltluq elektrikötürücü xəttin yaradılması nəzərdə tutulub. Xətt Milli dənizkanarı parkdan keçəcək. Layihə çərçivəsində ən qabaqcıl elektrik enerjisi avadanlğı ilə təchiz edilmiş iki müasir yeni yarımstansiya tikiləcək və bir iri yarımstansiya yenidən qurulacaq.

Rzayev bildirib ki, digər dənizkanarı şəhərlərdə olduğu kimi, Bakıda da şəhərin yarı hissəsinin dəniz kanarında yerləşməsi səbəbindən dairəvi enerji təchizatı sisteminin yaradılması ilə bağlı çətinlik mövcud idi. Lakin "Siemens" şirkəti ilə layihənin reallaşdırılmasında bu məsələ həll olunacaq.

Rzayevin sözlərinə görə, layihənin reallaşdırılmasında dövlət büdcəsi və ASC-nin şəxsi vəsaitlərindən istifadə olunacaq. Bu il Bakı paylayıcı şəbəkəsinin inkişafı, bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 70 mln. manat ayrılacaq. "Bakıelektrikşəbəkə" isə əlavə olaraq 40-50 mln. manat təqdim edəcək. 2007-ci ildə dövlət büdcəsindən Bakı paylayıcı şəbəkəsinin inkişafı üçün 57 mln. manat, ASC tərəfindən isə təxminən 44 mln. manat ayrılıb.

Həmiçnin qoyulmuş vəsait hesabına Bakının yeni qəsəbələri və məntəqələrində paylayıcı şəbəkələrin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti