...

ARDNŞ Gürcüstanın qazpaylayıcı şəbəkələrinə təxminən $50 mln. yatırmağa hazırdır

Energetika Materials 14 Mart 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) üç il ərzində Gürcüstanın qazpaylayıcı şəbəkələrinə investisiya qismində təxminən $50 mln. yatırmağa hazırdır. Şəbəkələrin özləri isə $10 mln. dəyərində qiymətləndirilir. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi məlumat verib.

Hazırda ARDNŞ SOCAR Georgia törəmə şirkətinin vasitəsilə, Gürcüstanın regional qazpaylayıcı şəbəkələrinin idarə edilməsi üçün tenderdə iştirak edir. Müsabiqəyə ümumilikdə beş lotda birləşdirilmiş 29 qazpaylayıcı şəbəkə çıxarılıb. Bu şəbəkələr, Tbilisi istisna olmaqla, Gürcüstanın bütün ərazisini əhatə edir. Eskpertlərin qiymətləndirmələrinə görə, ARDNŞ -nin qazpaylayıcı şəbəkələrini idarəyə alması şansı çox yüksəkdir.

ARDNŞ öz yataqlarından hasil edilən şəxsi qazına malikdir. 2007-ci ilin sonunadək Azərbaycan Gürcüstana gündə ARDNŞ -nin yataqlarından hasil edilən təqribən 1,3 - 1,5 mln. qaz tədarük edib. Bu qaz Gürcüstan sərhədinədək "Azəriqaz" Səhmdar Cəmiyyətinin qaz nəqli xətləri ilə nəql edilib.

Dövlət Neft Şirkəti artıq Gürcüstanda investisiya infrastrukturlarına malikdir. Bura Kulevidəki neft terminalının tikintisi daxildir. Bundan əlavə, şirkət özünün neft məhsullarının pərakəndə satış şəbəkəsini yaradır.

Gürcüstan və Azərbaycan arasında, bu il Azərbaycanın öz qazının tədarükünün davam etdirilməsi üzrə danışıqlar aparılır. Onun dəyəri artma istiqamətində dəyişdirləcək. Ötən il qaz 1000 kubmetrinə görə, $120 qiyməti üzrə tədarük edilib.

Bundan əlavə, Gürcüstana sutkada, Azərbaycanın xarici şirkətlər Konsorsiumu tərəfindən işlənən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təqribən 1 mln. kubmetr qaz tədarük edilir.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti