...

Şəki elektrik stansiyasında təmir-bərpa işləri aparılır

Energetika Materials 14 Aprel 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend / Azərbaycanın şimal- qərb regionunu elektrik enerjisi ilə təmin edən Şəki elektrik stansiyasında birinci rübdə 89 kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da planlaşdırıldığından 8 mln. kVt/s çoxdur. Bu barədə "Azərenerji" Səhmdar Cəmiyyətinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Mart ayında 19 mln. kVt/s-dan çox elektrik enerjisi istehsal olunub ki, bu da proqnozlaşdırılmış həcmdən 5 faiz çoxdur.

Hazırda Şəki elektrik stansiyasında aparılan təmir-bərpa işlərinə baxmayaraq, 500 moto/saat istismardan sonra elektrik stansiyası normal iş rejimində işləyir.

Xəbər lenti

Xəbər lenti