Azərbaycan, Bakı, 06 may / Trend / Gürcüstanın Dövlət Neft-Qaz Korporasiyası (GOGC) 2008-ci il ərzində 37,8 min ton neftin satışı üzrə tenderi qapalı elan edib. Korporasiyadan bildirilib ki, tenderin qalibi Britaniyanın "Interchem Energy" treyderi olub.
İl ərzində "Interchem Energy" Gürcüstandan BFO növünə yaxın 36 min ton neft və Rusiyanın ixrac üçün nəzərdə tutulan Yurals qatışığına bənzəyən1,75 min ton xammal çıxaracaq.