...

Türkiyə elektrik enerjisi istehsalı üzrə obyektlərin tikintisi üçün sindikatlaşdırılmış kredit alıb

Energetika Materials 17 İyul 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir A.Bədəlova/ Türkiyə şirkəti Enerjisa 1,900 МВт güclü elektrik enerjisi istehsalı üzrə obyektlərin tikintisi üçün 865 mln. avro məbləğində sindikatlaşdırılmış kredit alıb, - Energy Intelligence Group yazır.

Enerjisa Avstriyanın Verbund və Türkiyənin sənaye qrupu Sabanci Holding-in birgə müəssisəsidir. 2008-ci ilin sonunadək 1 milyard avroyadək dəyərləndirilən alınmış vəsaitləri Enerjisa ümumi gücü 1 GВт və 920 МВт  olan 10 su -elektrik stansiyasının tikintisinə sərf edəcək. Bu, şirkətin elektrik enerjisi istehsalı üzrə müəyən edilmiş gücünü 455 МВт-dən 2355 МВт-dək çatdırmağa imkan verəcək.

Enerjisa-nın məqsədi, 2015-ci ilədək Türkiyə elektrik enerjisi bazarının 10 faizini almaqdır.

Sindikatlaşdırılmış kredit, əsas etibarilə, Avstriya sərmayə bankları ilə birlikdə, Societe Generale-ın və Beynəlxalq Maliyyə Korporasiyasının köməyi ilə verilib. 865 mln. avro məbıəğində kredit Türkiyə özəl elektrik enerjisi sektorunua qoyulan ən böyük maliyyə paketidir.

Xəbər lenti

Xəbər lenti