...

Xəzər Dənizi Neft Donanması gəmilərin təmiri üçün ehtiyat hissələrinin alınması üzrə tender elan edib

Energetika Materials 4 Oktyabr 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend / SOCAR-ın Xəzər Dənizi Neft Donanması їƏdalət Gülməmmədovї və їAlatauї gəmilərinin təmiri üçün ehtiyat hissələrinin alınması üzrə tender elan edib, - şirkətin məlumatında deyilir.

Avadanlıq və ehtiyat hissələrinin yükalana göndərilməsini müqavilə imzalandıqdan üç ay sonra reallaşdırmaq lazımdır. Avadanlıq və ehtiyat hissələrinin haqqı yük göndəriləndən bir ay sonra hissə-hissə ödəniləcək.

Tenderdə namizəd qismində iştirak etmək üçün iştirakçılar, iştirak barədə ərizəni və digər sənədləri 2008-ci il noyabrın 10-dan gec olmayaraq, Xəzər Dənizi Neft Donanmasına təqdim etməlidirlər.

Təkliflər qiymətləndirilən zaman ehtiyat hissələrinin qiyməti, spesifik xüsusiyyətlər (gəmilərin ehtiyat hissələri ilə təmin edilməsi sahəsində) və göndərmə müddəti kimi kriteriyalara üstünlük veriləcək.

Tender təklifləri  2008-ci il noyabrın 17-dək qəbul ediləcək və noyabrın 17-də saat 11.00-da Xəzər Dənizi Neft Donanmasının binasında açılacaq. 

Xəbər lenti

Xəbər lenti