...

BP Azərbaycanda "Azəri" yatağının qərb hissəsində hasilatı bərpa edib

Energetika Materials 10 Oktyabr 2008 15:08 (UTC +04:00)
BP Azərbaycanda "Azəri" yatağının qərb hissəsində hasilatı bərpa edib

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir S.Əliyev/ "Azəri-Çıraq-Günəşliї layihəsinin irimiqyaslı işlənilməsi üzrə operator olan BP şirkəti çərşənbə günü їAzəriї yatağının qərb hissəsində neft hasilatını bərpa edib. Bu yataqda neft hasilatı sentyabrın ortalarında yatağın digər hissəsində qaz sızması nəticəsində dayandırılmışdı, - cümə günü BP -Azerbaijan şirkətindən bildiriblər.

Platformaya enerji təminatı yatağın şərq hissəsindən verilib, - şirkətdən deyiblər.

İki platformanın dayandırılması nəticəsində ("Qərbi Azəri" yatağındakı platforma təhlükəsizhlik məqsədilə dayandırılıb) "Azəri" - "Çıraq" - "Günəşli" yataqlarının işlənməsi layihəsi çərçivəsində neft hasilatı, işlər dayandırılanadək əldə olunan təqribən 900 min barrelə nisbətdə 50 faiz azalıb.

Hazırda BP їMərkəzi Azəriї platformasının yanında aşkarlanmış qaz zısmasının səbəblərini müəyyənləşdirməkdə davam edir. Yataqda, analizi hazırda Londonda aparılan tədqiqatlar aparılıb.

Əvvəllər hökumətdən bildirildiyinə görə, їQərbi Azəriїdə hasilatla bağlı işlər normal getsə, yatağın mərkəzi hissəsindəki platforma da tədricən istismara veriləcək.

"Azəri" - "Çıraq" - "Günəşli" yataqlarının işlənməsi üzrə operator BP sentyabrın 17-də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və yataqda quraşdırılan platforma heyətini dənizdə qazın aşkar olunması səbəbindən evokuasiya edib. Təhlükəsizlik məqsədilə yatağın qərb hissəsində "Qərbi Azəri" platformasında da hasilat dayandırılıb. "Azəri" yatağının şərq hissəsində quraşdırılan platformada hasilat davam edir.

"Azəri-Çıraq-Günəşli" yatağında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan Azeri Light növlü neft hasil edilir.

Xəbər lenti

Xəbər lenti