Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir A.Bədəlova/ 20-24 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $67,57/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,37/barr azdır.
20-24 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $70,43/barr, minimal qiyməti isə $63,42/barr təşkil edib.
Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
20-24 oktyabr həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $62,11/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,41/barr azdır.
20-24 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $64,9/barr, minimal qiymət isə $58,07/barr təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
20-24 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $64,87/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,85/barr azdır.
Ötən həftə Brent neftinin maksimal qiyməti $67,53/barr, minimal qiymət isə $60,86/barr təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]