Ukrayna, Kiyev, 14 noyabr / Trend müxbirlər Z.Novosvitskiy/ Ukrayna statistika komitəsinin verdiyi məlumata əsasən ölkənin neft emalı müəssisələri yanvar-oktyabr ayı üzrə avtomobil benzini istehsalının həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz azaldıblar.
Məlumata əsasən, yanvar-oktyabr aylarında dizel yanacağının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz, mazutun həcmi 35,2 faiz azalıb.
Ukraynada ümumi gücü ildə 51,11 milyon ton olan 6 neft emalı zavodu fəaliyyət göstərir. Odessa ("Lukoil"), Lisiçanskiy (TNK-BP) və Kremeçutskiy ("Ukrayna neftqaz") neft emalı müəssisələri Ukraynada benzin bazarının 66 faizini, dizel bazarının 51 faizini nəzarətdə saxlayırlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]