...

"Azneftkimyamash" istehsal həcmini xeyli artırıb

Energetika Materials 19 Noyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , S.Babayeva/ Yanvar-oktyabrda "Azneftkimyamash" ASC istehsalı 34,7 faiz artırıb, - çərşənbə günü ASC-nin baş eksperti Nəriman Böyükkişi bildirib.

Onun sözlərinə görə, on ay ərzində 31 mln. manat həcmində neft-mədən, geoloji-kəşfiyat qurğuları, vasitələr və onların hissələri istehsal olunub. 27,5 mln. manatlıq məhsul realizə olunub ki, bu da 2007-ci ilin yanvar-oktyabrı ilə müqayisədə 33 faiz çoxdur.

Bu müddət ərzində Zabrat maşınqayırma zavodu 4,7 mln., Suraxanı maşınqayırma zavodu 4,4 mln., "Bakı fəhləsi" zavodu - 3,8 mln., Sabunçu QHT - 2,9 mln., Sərdarov adına zavod - 2 mln., Bakı maşınqayırma zavodu - 2,1mln., Səttərxan adına zavod - 2,8 mln. manat məbləğində məhsul istehsal edib.

2008-ci ildə təşkilat 33,5 mln. manatlıq məhsul istehsal etməyi planlaşdırır.

"Azneftkimyamash" ASC "Azneftkimyamash" DK-nin bazasında respublika prezidentinin 22 mart 2001-ci il sərəncamı ilə yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, dörd elmi-tədqiqat və mühəndis-layihə institutu daxildir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti