...

Yanvar-noyabrda Azərbaycanın daxili bazarında dizel yanacağının satışı artıb

Energetika Materials 17 Dekabr 2008 22:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend / Yanvar-noyabrda  Azərbaycanın daxili bazarına təxminən 4,4  mln. Ton neft məhsulları göndərilib ki, bu da 2007-ci ilin analoji dövrü  üzrə göstəricidən 4,1 faiz çoxdur. Bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcmindən 844,8 min ton avtomobil benzininin payına düşüb ki, bu da 2007-ci ilin analoji dövründən 17,6 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti isə 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-noyabrda Azərbaycanın Azpetrol şirkəti realizə edilmək üçün 432,5 min tondan çox , LUKoil isə 130 min tondan çox avtomobil benzini alıb.

Daxili bazarda ən çox dizel yanacağı realizə edilib.

Yanvar-noyabrda daxili bazarda 930,3 min ton dizel yanacağı satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 44,2 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azpetol bu həcmdən təxminən 307 min ton, LUKoil isə təxminən 100,5 min tondan çox alıb. Xəzər Dəniz Gəmiçiliyi 15,8 min ton çox dizel yanacağı əldə edib.

Cari ilin yanvar-noyabrında 884,4 min ton mazut satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 43,7 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azenerji SC təxminən 448,4 min ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üçün isə sonradan emal edilmək üçün təxminən 330 min ton mazut alıb.

Bu dövrdə 489,4 min ton aviasiya kerosini satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 12,8 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosini (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatadır.

Yanvar-noyabrda daxili bazarda 171,3 min ton neft bitumu satılıb. Bu, 2007-ci ildən 17,2 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

Yanvar-noyabrda  daxili bazarda 86,7 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2007-ci ilin yanvar-noyabrından 31,9 faiz azdır.

Daxili bazarda 938,2 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2007-ci ilin yanvar-noyabrından 75,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti