...

Azərbaycan neftinin qiyməti: 19 -23 yanvar həftəsinin yekunları

Energetika Materials 26 Yanvar 2009 15:05 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 19 -23 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir A.Bədəlova/ 19-23 yanvar həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $45,34/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,7/barr azdır.

19-23 yanvar həftəsində AZERI LT neftinin maksimal qiyməti $46,08/barr, minimal qiyməti isə $44,6/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

19-23 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $40,61/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,29/barr azdır.

19-23 yanvar həftəsində URALS neftinin maksimal qiyməti $41,1/barr, minimal qiymət isə $40,29/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

19-23 yanvar həftəsində Brent Dated neftinin orta qiyməti $42,9/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,26/barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $43,65/barr, minimal qiymət isə $42,13/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti