...

SOCAR Türkiyədə neft emalı zavodunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslılığının (TİƏ) hazırlanması üzrə tender elan edib

Energetika Materials 4 Fevral 2009 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral / Trend / Turcas Petrol və Injaz Projects-lə alyans şəklində Petkim Türkiyə neft-kimya holdinqinin 51 faiz pay iştirakına malik SOCAR, bu şirkətin xammalla təminatı üçün neft emalı zavodunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslılığının (TİƏ) hazırlanması üzrə tender elan edib, -  SOCAR-dan məlumat verilib.

Bu layihənin həyata keçirilməsi üçün SOCAR "SOCAR and Turcas Rafinery A.S." qaz şirkətini təsis edib.

NEZ Petkim-in kimyəvi müəssisələrini birbaşa vurulan benzinlə təmin edəcək. Zavodun tikintisinə ən azı dörd il tələb olunacaq. NEZ-ə qoyulacaq sərmayələr 4-5 milyard dollar həcmində qiymətləndirilir. Zavodun gücü ildə təxminən 8-10 milyon təşkil edəcək.

Hazırda Petkim neft-kimya kompleksinin məhsul payı Türkiyə bazarının 25-27 faizini təşkil edir. Ancaq bu göstəricini 40 faizə çatdırmaq planlaşdırılır. Hazırda bu neft-kimya kompleksinin regionda aparıcı şirkətə çevrilməsi üzərində fəal işlər aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti