...

İran xarici sərmayə olmadan neft sektorunu gücləndirə bilməz – EİA

Energetika Materials 5 Fevral 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Enerji İnformasiyaları İdarəsi hesab edir ki, İran xarici dövlətlərin yardımı olmadan neft sektorunun istehsal gücünü  artıra bilməz. İslam respublikasına xarici sərmayə yatırımı ABŞ-ın iqtisadi qadağaları nəticəsində məhdudlaşdırılıb.

"İran 2010-cu ilədək neft sənayesinin istehsal gücünü sutkada 4,5 mln. barelə və 2015-ci ildən sonra isə sutkada 5 mln. barelədək artırmaq niyyətindədir. Lakin bunun üçün xarici dövlətlərin dəstəyi lazım gələcək", - deyə EİA-nın bu gün elan olunan "İranın qısa təhlili" məruzəsində bildirilir.

İİR OPEK-in tərkibində Səudiyyə Ərəbistanından sonra ikinci iri neft hasil edən ölkə və böyük neft ixracatçıları sırasında dünyada dördüncüdür. 2009-cu il yanvarın 1-dək İranın təsdiq olunmuş neft ehtiyatları 136,2 mlrd. barel və ya dünya üzrə təsdiq edilmiş ehtiyatların təqribən 10 faizini təşkil edir.

EİA-nın məruzəsində bildirilir ki, İslam respublikası fəaliyyətdə olan 40 neft yatağına malikdir ki, onların  27-si onşor, 13-çü isə affşordur. Ölkənin neft ehtiyatlarının böyük hissəsi İraq sərhədinin yaxınlığında, ölkənin cənub-qərb vilayəti Xuzistanda yerləşir. İran neftinin APİ üzrə sıxlığı 28-35 dərəcədir.

2015-ci ilədək İranın yeni hasilat layihələri:

Yataq

Şirkət

Hasilat (min b/s)

İstismara başlama

"Cənubi Azadeqan" (faza 1)

NIOC

50

2009

"Darkayn" (faza 2)

NIOC i Eni

60

2009

"Cofeyr" (faza 1)

NIOC i Belarusneft

15

2010

"Kuşk-Husseyniyə"

NIOC

300

2010

"Cofeyr" (faza 2)

NIOC i Belarusneft

25

2012

"Anaran" (faza 1)

NIOC i TBD

68

2012

"Yadavaran" (faza 1)

NIOC i Chinese Partners

85

2012

"Şimali Azadeqan" (faza 2)

NIOC

170

2012

"Anaran" (faza 2)

NIOC i TBD

130

2015

"Ədavaran" (faza 2)

NIOC i Chinese Partners

185

2015

Cəmi                                                                                   1088

EİA-nın məruzəsində bildirilir ki, İran əlvan neft məhsullarının məhdud istehsal gücünə malikdir və benzinin böyük hissəsini idxal edir. Ölkənin daxili tələbatı, əsasən benzin və dizel yanacağının payına düşür.

2008-ci ildə İranın neft emalı gücü sutkada təqribən 1,5 mln. barel təşkil edib. İİR 2012-ci ilədək  emal gücünü sutkada 3 mln.barelədək artırmaq niyyətindədir.

2008-ci ildə İranda neftin emal gücü:

NEZ

Emal gücü (min b/s)

Abadan

350

İsfahan

284

Bəndər-Abbas

232

Tehran

220

Ərak

170

Təbriz

100

Şiraz

40

Kermanşah

25

Lavan İsland

30

Cəmi

1,451

Xəbər lenti

Xəbər lenti