...

Azərbaycanın su inhisarçısına elektirik enerjisi verilişi dayandırılacaq

Energetika Materials 10 Fevral 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir E.İsmayılov/ "Sumqayıtelektrikşəbəkə" SC (Sumqayıtda elektrik enerjisi paylanması və satışı ilə məşğul olur) debitor borcunun (47 mln. manat həcmində) yaranması səbəbindən "Azərsu" SC-nin (İçməli suyun paylanması və satışı ilə məşğul olur) enerji ilə təchizatını növbəti dəfə dayandırır. Bu barədə çərşənbə günü "Sumqayıtelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Anar Quliyev bildirib.  

"Azərsu"nun yığılan borcları ödəməməsi "Sumqayıtelektrikşəbəkə"də iri maliyyə problemləri yaradıb.

Enerji təchizatı fevralın 16-da Bakı vaxtı ilə saat 15:00-da tam olaraq dayandırılacaq.

Enerji təminatının kəsilməsi nəticəsində Bakı və Sumqayıtı içməli və texniki su ilə təmin edən Ceyranbatan su anbarında yerləşən nasos stansiyaların elektrik enerjisi ilə təminatı dayandırıla bilər.

"Biz dekabrda ödəmənin artırılması barədə razılıq əldə etmişdik, lakin bu ilin yanvarında ödəmə yenidən aşağı düşməyə başlayıb. "Azərsu" əldə olunan razılaşmaya əməl etmir və biz bu addmı atmaq məcburiyyətində qaldıq", - deyə Quliyev bildirib.

"Azərsu" yanvarda istifadə olunan elektrik enerjisinə görə "Sumqayıtelektrikşəbəkə"yə cəmi 44 faiz (910 min manat həcmində olan ümumi borcun 400 min manatı) vəsait ödəyib. 2008-ci ilin dekabrında "Sumqayıtelektrikşəbəkə" cəmi bir neçə saatlıq "Azərsu"ya elektrik enerjisi verilişini dayandırıb. Həmçinin ötən ilin mayında bir neçə gün enerji verilişi kəsilib.

Quliyevin sözlərinə görə, "Azərsu" maliyyə problemləri səbəbindən istifadə etdiyi elektrik enerjisinə görə yalnız  30-40 faiz ödəyə bilər, lakin 2008-ci ilin dekabrında enerji verilişinin dayandırılmasından sonra şirkət aylıq ödəməni iki dəfə (təqribən 60-80 faiz) artıracağı barədə razılıq verib. Yanvarda "Azərsu" istifadə olunan elektrik enerjisinə görə təqribən 82 faiz (təqribən 970 min manatdan təxminən 794 min manat) ödəmə edib. "Biz hələ yığılan debitor bolrclardan danışmırıq, lakin onlar istifadə olunan elektrik enerjisinin heç olmasa 80 faizini ödəməlidirlər", - deyə Quliyev vurğulayıb.

"Azərsu"dan dərhal şərh götürmək mümkün olmayıb.

"Azərsu" SC-nin 2002-ci il oktyabrın 1-dən 2009-cu il yanvarın 31-dək "Sumqayıtelektrikşəbəkə"yə debitor borcu 47 mln. manatdan artıqdır. "Azərsu" 2007-ci ildə istifadə olunan elektrik enerjisinə görə 12 mln. manatdan artıq, 2008-ci ildə təqribən 9 mln.dollar ödəməyib. 2009-cu ilin yanvar ayı ərzində isə bu borc 510 min manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti