...

Yanvar-fevralda SOCAR şirkəti emala bir milyon ton neft göndərib

Energetika Materials 16 Mart 2009 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

Yanvar-fevralda SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən emala bir mln. ton neft göndərilib. Bu göstərici ötən ilin anloji dövr göstəricisindən 1,2 mln. tondan artıq olub. Bu barədə SOCAR şirkətinin məlumatında bildirilir.

Fevralda emal üçün Azərbaycanın neft emalı zavodlarına (NEZ) 432 min tondan çox neft göndərilib.

2008-ci ildə SOCAR emala təqribən 7,4 mln. ton neft göndərib.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 mln. ton neft olan iki Bakı neft emalı zavodunun (NEZ) bazasında istehsal olunur. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına quru və dənizdə yerləşən yataqlardan hasil etdiyi təqribən altı mln. ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Azərbaycanda 57 neft-qaz yatağı var, onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir. SOCAR-ın işçilərinin sayı 62 min nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti