...

"Qazprom" Mazdok-Qazməmməd magistral qaz kəmərinin əsaslı təmiri çərçivəsində bir neçə tender elan edib

Energetika Materials 29 Mart 2009 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

Rusiyanın qaz inhisarçısı "Qazprom" Mazdok-Qazməmməd magistral qaz kəmərinin (MQK) əsaslı təmiri çərçivəsində üç tender elan edib. Bu barədə "Qazprom" ASC-nin internet saytında yerləşdirilən məlumatda bildirilir.

ASC tərəfindən Mazdok-Qazməmməd MQK-nın 542,2 km - 572 km-lik hissəsində izolyasiya örtüyünün əsaslı təmiri üçün layihə-tədqiqat işləri (LTİ), Mazdok-Qazməmməd MQK-nın 572 km - 604 km-lik hissəsində izolyasiya örtüyünün əsaslı təmiri üçün LTİ və Qerqebil stansiyasının 10,0 km - 17,0 km-lik hissəsində əsaslı təmir üçün LTİ üzrə üç tender elan olunub. Məlumatda bildirilir ki, ASC həmçinin Mazdok-Qazməmməd MQK-nın çay üzərindən keçən keçidlərinin (iki obyekt) əsalı təmiri üçün LTİ və Mazdok-Qazməmməd MQK-nın avtomobil yollarından keçən keçidlərinin (beş obyekt) əsaslı təmiri üçün LTİ üzrə sazişlərin imzalanması hüququna dair tender elan edib.

İşlər "Qazprom transqaz Mahaçqala" MMC-nin ("Qazprom"un törəmə müəssisəsi) şəxsi vəsaitləri hesabına maliyyələşdiriləcək.

SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) və "Qazprom" əvvəllər qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Memoranduma əsasən, 2010-cu ilin yanvarından Azərbaycan-Rusiya sərhədinədək tədarükə başlamaqla, Azərbaycan qazının alqı-satqı şərtlərinin razılaşdırılması üzrə danışıqlara başlamaq barədə razılaşma əldə olunub. Memorandum çərçivəsində qaz mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün iqtisadi məqsədəuyğunluq və variantlar işlənib hazırlanacaq.

Memorandum həmçinin təcrübə mübadiləsi, kursların keçirilməsi, tədris seminarlarının təşkili və informasiya mübadiləsi üçün tərəflərin mütəxəssisləri tərəfindən istehsal obyektlərinin ziyarəti üzrə əməkdaşlıq proqramının hazırlanmasını nəzərdə tutur.

Yaxın vaxtlarda SOCAR və "Qazprom" qaz kəməri sisteminin Bakı - Novo-Filiya hissəsinin (onun müasirləşdirilməsi üçün) texniki yoxlanışını keçirəcək. Bu hissə ilə Azərbaycan qazı Rusiyaya tədarük olunacaq.

Bakı - Novo-Filiya Azərbaycanın Bakıdan Rusiyanın Xəzər dənizi sahillərindəki sərhədlərinədək gedən qaz nəqliyyat sisteminin bir hissəsidir. Hissənin uzunluğu təqribən 200 km, boru kəmərinin diametri - 1220 mm. təşkil edir.

Xəbər lenti

Xəbər lenti