...

SOCAR Bakı-Novorossiysk kəməri üzrə tarifləri aşağı sala bilər

Energetika Materials 3 İyun 2009 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir E.İsmayılov /

"SOCAR, Rusiya tərəfinin Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli şərtlərinə yenidən baxılması təklifini nəzərdən keçirir", - SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

"Neftin qiymətlərinin aşağı düşməsini nəzərə alaraq, biz bu təklifləri nəzərdən keçirməli oluruq. Ancaq hesab edirik ki, tariflərə azalmağa doğru yenidən baxmaq olar. Amma biz bunu etmirik, çünki 1996-cı ildə bağlanmış müqavilənin hər iki tərəfin maraqlarına cavab verdiyini hesab edirik", - SOCAR-ın yüksək vəzifəli nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, tərəflərin heç biri bu müqavilədən istifadəyə görə konkret böyük itkiyə məruz qalmır. Hökümətlərarası müqavilə iki tərəfin öhdəliklərini və nəql üzrə tariflərini nəzərdə tutur.

"SOCAR rus tərəfinin təklifini ona görə nəzərdən keçirir ki, şirkətin özünün onları qəbul edəcəyi zaman irəli sürəcəyi təkliflər var. SOCAR-ın təklifləri boru kəmərinin şirkət üçün kommersiya cəhətdən cəlbediciliyinin artırılmasına gətirib çıxaracaq. Bu, əsasən Novorossiysk limanında Azərbaycan neftinin keyfiyyət bankının yaradılmasına aiddir", - SOCAR-ın nümayəndəsi deyib.

Bakı-Novorossiysk kəməri ilə builki neft nəqlinin həcmi 2,5 milyon tondur. Müqaviləyə əsasən bu rəqəm artıq 5 milyon tona çatmalı idi.

Kəmərin uzunluğu 800 kilometrdir. Onun gücü ildə 5 milyon tondur.

Bakı-Novorossiysk boru kəmərinin operatoru qismində 2007-ci ilə qədər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) çıxış edirdi. Sonradan qurum bu səlahiyyətləri SOCAR-a verib. Üstəlik, ARDNŞ nümayəndələri qeyd edir ki, ABƏŞ üzrə tərəfdaşlar ümumiyyətlə bu marşrutla gələcəkdə neft nəql etmək niyyətində deyildi. Ancaq Gürcüstanda ötən ilin avqustunda baş verən hadisələr üzündən ABƏŞ üzrə tərəfdaşlar (BTC layihəsinin iştirakçıları) bu marşrutla nəqli bərpa etməli oldu.

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı SOCAR çıxışda (Novorossiysk limanında) "Urals" markalı neft əldə edir ki, buna da səbəb başqa istehsalçıların nefti ilə qarışmadır. Ancaq Azərbaycan neftinin bu marşrutla nəqlinin həcminin artırılacağı halda Rusiya tərəfinin Novorossiyskdə keyfiyyət bankının qurulması məsələsini nəzərdən keçirməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti