...

SOCAR yanvar-may aylarında aviasiya benzinin ixracını artırıb

Energetika Materials 6 İyun 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend /

SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi (MİƏİ) tərəfindən yanvar-may aylarında neft emalı zavodlarından 2008-ci ilin analoji dövrümdəki 1 milyona nisbətdə 930 min ton neft məhsulları ixrac olunub.  

May ayında MİƏİ 171 min ton neft məhsulları ixrac edib.

Azərbaycanda neft məhsulları Bakının iki neft emalı zavodunda (NEZ) istehsal olunur, onların ümumi gücü ildə 20 milyon ton neft təşkil edir. Hər iki NEZ dəniz və quru yataqlarında özünün şəxsi vəsaitləri hesabına hər il 7 milyon tona yaxın neft emal edən SOCAR-ın tərkibinə daxildir.

SOCAR-ın ixrac etdiyi neft məhsullarının ümumi cədvəli:

Neft məhsulu

2008-ci il yanvar- may (min ton)

2009-cu il yanvar- may (min ton)

Dizel yanacağı

563,3

625,4

Mazut

173,4

32

Avtomobil benzini

156,1

99,5

Aviasiya benzini

113,6

173,2

Sürtkü yağı

0

0

Bitum

0

0

Xəbər lenti

Xəbər lenti