Azərbaycan, Bakı, 17 iyul / Trend /
Azərbaycanda Devon Energy Caspian Development Corporation neft şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib, bu barədə Azərbaycanın Vergilər Nazirliyinin məlumatında deyilir.
Şirkət Britaniyanın Virgin adalarında qeydiyyatdan keçib.
Devon şirkəti Azərbaycanın Xəzər sektorunda "Azəri-Çıraq-Günəşli" yatağı blokunun işlənməsi layihəsinin iştirakçısıdır və 5,6 faiz iştirak payına sahibdir.
Bu şirkət neftini dəmiryolu ilə Gürcüstanın Qara dəniz limanı Batumi istiqamətində nəql edir.