...

Aİ "Nabukko" boru kəmərinin inşasında investisiyaların qaytarılması üçün lazımi qaz həcmlərini açıqlayıb

Energetika Materials 15 Sentyabr 2009 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir N.İsmayılova /

"Nabukko" qaz kəməri ilə birinci mərhələdə ildə 7-8 milyard kubmetr qaz tədarükü layihənin həyata keçirilməsi üçün planlaşdırılan 7,9 milyard avro həcmində investisiyanı ödəməyə imkan verəcək. Bu barədə Avropa İttifaqının (Aİ) energetika üzrə komissarı Andris Piebalqs bildirib.

"Nəticədə boru kəməri ilə qaz tədarükü həcmləri 20-30 milard kubmetrə kimi artacaq ki, bu da tədarük üçün kifayət edəcək", - Piebalqs çərşənbə axşamı Bakıda Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüş zamanı bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti