...

ARDNŞ bir neçə dərin quyunun qazılmasını başa çatdırır

Energetika Materials 26 Oktyabr 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) noyabrın əvvəlində "Cəfərli" yatağında dərinliyi 4050 metr olan yeni quyunun qazılmasını başa çatdırmaq niyyətindədir. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Şirkətin mütəxəssislərinin fikrincə, bu quyunun sutkalıq debeti 30 ton neft təşkil edəcək.

Hazırda yataqda daha bir analoji quyunun qazılması həyata keçirilir. Onun qazılması isə dekabrın sonunda, yanvarın əvvəlində başa çatacaq.

"Bu yataqda daha bir dərin quyu isə 2010-cu ildə istismara verləcək", - şirkətin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti