...

Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqəsində problem yoxdur

Energetika Materials 6 Noyabr 2009 15:09 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında, Alazan çayının öz məcrasından çıxıb Azərbaycanın sərhəd məntəqəsi ərazilərini basmasına görə dəmiryolu nəqliyyatı problemi yaranmayıb, cümə günü ADY-nin (Azərbaycan Dəmir Yolları) mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov deyib.
Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqəsində problem yoxdur

Azərbaycan, Bakı, 06 noyabr / Trend müxbir E.İsmayılov/

Azərbaycanla Gürcüstan arasında, Alazan çayının öz məcrasından çıxıb Azərbaycanın sərhəd məntəqəsi ərazilərini basmasına görə dəmiryolu nəqliyyatı problemi yaranmayıb, cümə günü ADY-nin (Azərbaycan Dəmir Yolları) mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov deyib.

"Bizə, Gürcüstandan qatarların sərhədi keçməsi ilə bağlı problem haqında məlumat daxil olmayıb, bu səhər Bakı Dəmiryolu Vağzalında Bakı-Tbilisi sərnişin qatarı qəbul edilib", - Azməmmədov deyib.

Bakı beynəlxalq avtovağzalından verilən məlumata görə, sərnişin avtobuslarının da sərhədi keçməsi ilə bağlı problem yoxdur və gün ərzində həmin istiqamətə bir neçə reys həyata keçirilib.

Trend -ın Tbilisidəki xüsusi müxbirinin əvvəl Kaxetia informasiya mərkəzinə istinadən bildirdiyi kimi, Gürcüstan-Azərbaycan sərhədindəki "Samtatskaro" məntəqəsi vasitəsilə hərəkət dayandırılıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqustda Azərbaycan və Gürcüstan arasındakı əmtəə dövriyyəsi 309,6 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti