...

Bakının elektrik enerjisi paylayıcısı gücləndirilmiş iş rejiminə keçib

Energetika Materials 26 Noyabr 2009 13:25 (UTC +04:00)
Qurban bayramı ilə əlaqədar olaraq "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisi paylayıcısı) gücləndirilmiş iş rejiminə keçib. Bu barədə ASC-nin məlumatında deyilir.

Azərbaycan, Bakı, 26 noyabr / Trend /

Qurban bayramı ilə əlaqədar olaraq "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisi paylayıcısı) gücləndirilmiş iş rejiminə keçib. Bu barədə ASC-nin məlumatında deyilir.

Bayram günlərində abunəçiləri faziləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün "Bakıelektrikşəbəkə" ASC tam texniki hazırlığa gətirilib. İşçilər arasında növbətçilərin cədvəli müəyyən olunub, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, materiallar və avadanlıqlar ehtiyat hissələrlə təmin olunub.

Məlumatda qeyd edildyi kimi, abunəçilər 199 nömrəsinə zəng edərək istənilən münkün qəza barəsində ASC-nin Qəza Xidmətinə məlumat verməlidirlər.

Xəbər lenti

Xəbər lenti