...

Azərbaycan Rusiyaya qaz tədarükünü iki dəfə artıracaq – ARDNŞ Prezidenti

Energetika Materials 26 Dekabr 2009 13:47 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Rusiyaya qaz tədarükünü iki dəfə artıraraq ildə bir milyard kubmetrə çatdıracaq. Bunu şənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
Azərbaycan Rusiyaya qaz tədarükünü iki dəfə artıracaq – ARDNŞ Prezidenti

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir E.İsmayılova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Rusiyaya qaz tədarükünü iki dəfə artıraraq ildə bir milyard kubmetrə çatdıracaq. Bunu şənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

"Danışıqlar aparılıb. Azərbaycanın qaz tədarükünü artırmaq üçün imkanları var və 2010-cu ildə biz Rusiyaya bir milyard kubmetr qaz tədarük edəcəyik", - Abdullayev deyib.

Onun sözlərinə görə, müqavilədə nəzərdə tutulduğu kimi, Rusiyaya qaz tədarükü 1 yanvar 2010-cu ildən başlayacaq. İlkin olaraq planlaşdırılıb ki, növbəti ildə ARDNŞ Rusiyaya 500 milyon kubmetr qaz tədarük etsin, lakin tədarükün iki dəfə artırılması barədə qərar qəbul edilib.

"Bakı-Mozdok" boru kəmərinin Azərbaycan hissəsi Azərbaycan qazının Rusiyaya tədarük edilməsi üçün tam hazırdır.

Boru kəmərinin Azərbaycan hissəsində üç məntəqənin hazırlanması işləri çərçivəsində təmir-bərpa işləri aparılıb. Hacıqabul rayonu ərazisində korroziyaya meyilli 1000 millimetrlik boru sahələrinin əvəzləyicisi hazırlanıb. Həmçinin Vəlvələçay çayının ərazisindəki boru kəmərlərinin problemləri aradan qaldırılıb. Burada bütün 500 millimetrlik boruların hamısı 1200 millimetrilik borularla əvəz edilib ki, bu da həmin sahədə boru kəmərinin ötürücülük qabiliyyətinin iki dəfə artmasına imkan verir. Rusiya ilə sərhəddə Şirvanovka stansiyasında yerləşən qovşaq sahələrində təkmilləşdirmə işləri aparılıb. Bərpa işləri dekabrın 15-də başa çatdırılıb. Yenilənmiş sahələrdə aparılan sınaqlar yaxşı nəticə verib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli (uzadılma imkanı olmaqla) müqavilə oktyabrın 14-də Bakıda ARDNŞ və "Qazprom" arasında imzalanıb. Bu müqavilə 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Rusiyaya ildə ən azı 500 milyon kubmetr qaz tədarük edəcək. Müqavilədə qaz tədarükünün dəyişmə həcmi göstərilməyib. ARDNŞ yarım il qarşı tərəfi tədarük edə biləcəyi həcm haqqında əvvəlcədən xəbərdar edəcək.

Xəbər lenti

Xəbər lenti