...

"Nabukko" layihəsində bir çox suallar qalır - Prezident İlham Əliyev

Energetika Materials 28 Yanvar 2010 17:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "Nabukko" qaz kəmərinin həyata keçirilməsində "uzun müddət cavabı olmayan bir çox suallar var".
"Nabukko" layihəsində bir çox suallar qalır - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 28 yanvar / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "Nabukko" qaz kəmərinin həyata keçirilməsində "uzun müddət cavabı olmayan bir çox suallar var".

"Biz hələ də bimirik ki, prosesi irəliyə apara bilən lider kimdir. Kim qaz tədarükçüləri və tranzitləri ilə danışıqlar aparacaq? Bu qazın marketinqi ilə kim məşğul olacaq? Qiymətlər necə olacaq?", - Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərində "Bloomberg Television"-a verdiyi müsahibədə deyib.

Aİ ölkələrinə qaz ixracına toxunan Azərbaycan Prezidenti deyib ki, yanacağın tranziti məsələsi həll olunmayıb.

"Türkiyənin bizim qaza görə verdiyi qiymət qənaətbəxş deyil, buna görə də belə bir vəziyyətdə biz irəli gedə bilmirik", - İlham Əliyev deyib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti