...

Azərbaycan və Rumıniya energetika sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

Energetika Materials 2 Fevral 2010 15:43 (UTC +04:00)
Azərbaycan və Rumıniya energetika sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Bu memorandumun bəndlərindən biri Azərbaycandan Gürcüstan ərazisi ilə Rumıniyaya sıxılmış qaz ixracı layihəsində əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan və Rumıniya energetika sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir A.Bədəlova/

AzərbaycanRumıniya energetika sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Bu memorandumun bəndlərindən biri Azərbaycandan Gürcüstan ərazisi ilə Rumıniyaya sıxılmış qaz ixracı layihəsində əməkdaşlığı nəzərdə tutur.

Memorandum Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Rumıniyanın iqtisadiyyat, ticaret və biznes mühiti naziri, energetika məsələləri üzrə dövlət katibi Tüdor Şebanın Bakıda keçirilən görüşünün yekunları üzrə imzalanıb.

Bu il yanvarın 13-də Gürcüstanda keçirilən energetika konfransı çərçivəsində Rumıniya tərəfi Azərbaycan-Gürcüstan-Rumıniya istiqaməti üzrə qaz nəqliyyatı marşrutunun inkişafı üçün əməkdaşlığa dair üçtərəfli memorandum imzalamağı təklif edib. Rumıniya hökuməti hesab edir ki, bu layihə təkcə ölkə üçün deyil, eyni zamanda Aİ dövlətlərinin qazla təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Rumıniya bu layihənin maliyyələşdirilməsi məsələsində Aİ-nin dəstəklədiyi alternativ təklifləri təqdim edib.

Xəbər lenti

Xəbər lenti