...

ARDNŞ şəxsi yataqlarında yeni geofiziki avadanlıqlar tətbiq edəcək

Energetika Materials 4 Fevral 2010 18:22 (UTC +04:00)
ARDNŞ 2009-cu ildə Rusiya istehsalı olan 9 geoloji-texnoloji nəzarət stansiyası əldə edib. Bu barədə ARDNŞ-dən cümə axşamı yayılan məlumatda deyilir.

Azərbaycan, Bakı, 04 fevral / Trend /

ARDNŞ 2009-cu ildə Rusiya istehsalı olan 9 geoloji-texnoloji nəzarət stansiyası əldə edib. Bu barədə ARDNŞ-dən cümə axşamı yayılan məlumatda deyilir.

Əldə olunan stansiyalardan 5-i "LEUZA-2", 4-ü isə "Rubin" tipli olub. Həmçinin 5 "KEDR" stansiyası, 8 ədəd "İNK-7" və 5 ədəd "E-35" quyu cihazları alınıb.

ARDNŞ keçən il həmçinin Niderlandın "ASEP" firmasına məxsus 5 ədəd stasionar geofiziki qaldırıcı qurğu və Çin istehsalı olan 17 ədəd "HSDPA modem Novatel Wireless Oviation MC-950 D" tipli naqilsiz rabitə sistemi alıb.

Bu cihaz və avadanlıqlar "Bulla dəniz", "8 Mart", "Ümid", "Günəşli", "Pirallahı" və "Ələt dəniz" sahələrində uğurla tətbiq edilir.

2009-cu ildə Geofizika və Geologiya İdarəsi geofiziki tədqiqatlar zamanı quyu ağzının hermetikliyini yüksək dərəcədə təmin etməyə imkan verən iki dəst 350 atmosferə davamlı yeni ULQ-65х35 tipli lubrikator alıb. Artıq həmin avadanlığın "Qalmaz" yeraltı qaz anbarındakı 622 nömrəli quyuda tətbiqinə başlanıb.

Xəbər lenti

Xəbər lenti