...

ARDNŞ Azərbaycanın qazpaylayıcı sisteminə qaz tədarükünü artırıb

Energetika Materials 8 Aprel 2010 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ilin birinci rübündə ölkənin təbii qaz təchizatı sisteminə təxminən 3 milyard kubmetr (proqnozlaşdırılan göstəricidən 463 milyon kubmetr çox) "mavi yanacaq" verib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Bundan başqa, sənaye müəssisələrinin və əhalinin təbii qazla tam təmin olunması məqsədilə yeraltı qaz anbarlarından əlavə olaraq təqribən 619 milyon "mavi yanacaq" götürülüb.

Birinci rüb ərzində sənaye, əhali və elektrik enerjisi istehsalı üçün 3,2 milyard kubmetr civarında təbii qaz istifadə olunub.

Xəbər lenti

Xəbər lenti