...

Azərbaycan "Nabukko" layihəsinin tezliklə həyata keçirilməsində maraqlıdır - nazir

Energetika Materials 12 May 2010 16:28 (UTC +04:00)
Azərbaycan "Nabukko" qaz kəmərinin inşası layihəsinin tezliklə həyata keçirilməsində maraqlıdır. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Trend-in müxbirinə bildirib.
Azərbaycan "Nabukko" layihəsinin tezliklə həyata keçirilməsində maraqlıdır - nazir

Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan "Nabukko" qaz kəmərinin inşası layihəsinin tezliklə həyata keçirilməsində maraqlıdır. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Trend-in müxbirinə bildirib.

"Azərbaycanın hansı həcmdə Avropaya qaz nəql edəcəyi tələbatdan və miqyasdan asılıdır", - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu layihənin həyata keçirilməsinə dövlət səviyyəsində marağını ifadə edib.

Bununla yanaşı, nazir qeyd edib ki, Azərbaycan "Nabukko" qarşısında heç bir öhdəlik götürməyib.

"Biz bu layihənin həyata keçirilməsində maraqlıyıq, təşkilatçılar onun həyata keçirilməsinə nə qədər yaxınlaşsalar, biz də orada iştirakımızın şərtlərinin müzakirəsinə daha fəal qoşulacağıq", - nazir deyib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti