...

ARDNŞ elektrik enerjisinə qənaət edən lampalara keçməyə başlayıb

Energetika Materials 20 İyul 2010 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

ARDNŞ "Közərmə lampalarının enerji effektivli lampalara dəyişdirilməsi" layihəsinin tətbiqinə başlayıb. Bu barədə ARDNŞ-in Ekologiya İdarəsinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, ARDNŞ-in bütün struktur bölmələrinin enerji effektivliyinin artırılması üzrə proqrama uyğun olaraq, Ekologiya İdarəsi tərəfindən monitorinq aparılıb, elektrik enerjisinə qənaət edən lampalara keçidlə bağlı yeni layihənin tətbiqinə Heydər Əliyev adına Neft Emalı Zavodunda başlanılıb.

Layihə çərçivəsində 60, 100, 150 və 200 vat standart közərmə lampalarından 16 896 ədədi 18, 20 və 36 vatlıq elektrik enerjisinə qənaət edən lampalara dəyişdiriləcək. Zavodun işıqlandırılmasında adi közərmə lampalarının istifadəsində ildə 16,1 milyon kilovat elektrik enerjisi sərf edilirdisə, yeni lampaların istifadəsi ilə elektrik enerjisindən istifadə həcmi 7,9 milyon kilovat-saat azalacaq. Bu isə öz növbəsində, 474,7 min manata qənaət deməkdir.

Xəbər lenti

Xəbər lenti