...

Avqustda Bakı-Tbilisi-Ceyhan vasitəsilə sutkada orta hesabla 769 min barel neft nəql olunacaq

Energetika Materials 22 İyul 2010 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 23,85 milyon barel yüngül Azərbaycan neftinin göndərilməsi planlaşdırılıb. Bu göstərici ötən ilin avqustunda 25,3 milyon barel olub. Bu barədə neft-qaz bazarındakı mənbə bildirib.

Cari ilin avqustunda BTC vasitəsilə sutkada orta hesabla 769 min barel neftin nəqli planlaşdırılıb.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir.

Boru kəmərinin tikintisinə 2003-cü ilin mayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC-nin tikintisi 4 milyard dollara başa gəlib. Bu, tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.

"BTC Co"nun səhmdarları bunlardır: bp (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti