...

"Azərbaycan Dəmir Yolları" QSC neft yüklərinin nəqlini artırıb

Energetika Materials 30 İyul 2010 18:53 (UTC +04:00)

Аzərbaycan, Bakı, 30 iyul /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC ötən ilin analoji dövründəki 4,6 milyon ton göstəriciyə nisbətdə 6 milyon tona yaxın neft yükləri nəql edib. Bu barədə cümə günü QSC-dəki mənbə bildirib.

"Neft və neft məhsullarının daşınmasında əhəmiyyətli artım müşahidə olunur. İlin birinci yarısında dəmiryol üzrə 5 milyon 998 min ton yük nəql edilib ki, bu da ötən ilin yanvar-iyun aylarındakı göstəricidən 30,9 faiz çoxdur", - mənbə deyib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında Azərbaycanın dəmiryol nəqliyyatı vasitəsilə ötən ilin birinci yarısındakı 10,1 milyon tona yaxın göstəriciyə nisbətdə 10,8 milyon ton yük daşınıb.

QSC-nin baş mühəndisi Qurban Nəzirovun əvvəlcə dediyi kimi, cari ilin sonuna qədər QSC 30 milyon tona yaxın müxtəlif yüklər daşımağı planlaşdırır. Yüklərin nəqlində artım əsasən neft məhsullarında və quru yüklərin (tikinti materialları) daxili daşınmasında olan artım hesabına müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti