...

ARDNŞ Gürcüstanın Marneuli şəhərində yanacaqdoldurma məntəqəsi açıb

Energetika Materials 5 Avqust 2010 17:10 (UTC +04:00)
"SOCAR Georgia Petroleum" MMC Gürcüstanda "SOCAR" brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi açıb.
ARDNŞ Gürcüstanın Marneuli şəhərində yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

"SOCAR Georgia Petroleum" MMC Gürcüstanda "SOCAR" brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunduğuna görə, yanacaqdoldurma məntəqəsi soydaşlarımızın ən sıx yaşadığı Marneuli şəhərinin mərkəzində açılıb.

Yeni yanacaqdoldurma məntəqələrinin istismara buraxılması ilə Gürcüstan ərazisində "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 43-ə çatıb. Cari ilin sonunadək ARDNŞ məntəqələrin sayını 60 ədədə çatdırmağı planlaşdırıb.

Yanacaqdoldurma məntəqəsinin açılış mərasimində ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri, "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov, Kvermo Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Marneuli rayon icra hakiminin müavini Heydər Musayev və digər dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"SOCAR Georgia"nın həmtəsisçiləri ARDNŞ (51%), Petro-Trans FZCO (24,5%) və Vano Çxartişvilidir (24,5%).

Xəbər lenti

Xəbər lenti