...

Azərbaycanda sənaye istehsalının həcmi 3,2 faiz artıb

Energetika Materials 12 Avqust 2010 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Yanvar-iyun aylarında Azərbaycanda 29,7 milyon ton neft və 10 milyard kubmetr qaz hasil edilib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Ümumilikdə, sənayedə təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz artaraq 16,2 milyard manat təşkil edib.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil etmiş, ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.

Məhsulun 76,8 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olub.

Xəbər lenti

Xəbər lenti