Azərbaycan, Bakı, 31 avqust / Trend /
Yanvar - iyulda "Şimal" elektrik stansiyasında 1,4 mlrd kvt/saat elektrik enerjisi istehsal edilib. Bu da proqnozlaşdırılandan 2,5 milyon çoxdur. Bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) çərşənbə axşamı yayılan məlumatında bildirilir.
İyulda elektrik stansiyasında 179,4 mln kvt/saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 1,4 mln kvt/saat çoxdur.
Payız-qış mövsümünə hazırlıq çərçivəsində stansiyanın enerji bloklarında təmir işləri aparılıb. Həmçinin, 110 kilovoltluq altstansiyanın ərazisində, digər inzibati və yardımçı binalarda işlər həyata keçirilib.