...

Sentyabrın 2-də Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 3 Sentyabr 2010 16:53 (UTC +04:00)

Trend-i buradan izləyin

Аzərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 2-də $77,18/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $0,46/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 2-də $76,48/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,47/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikliyinə görə Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 2-də $74,03/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,79/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti sentyabrın 2-də $75/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,68/barel azdır.

Xəbər lenti

Xəbər lenti