...

"Azərenerji" SC Abşeron yarımadasında elektrik enerjisinin paylanmasının keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparır

Energetika Materials 12 Noyabr 2010 14:54 (UTC +04:00)
"Azərenerji" SC Abşeron yarımadası və Bakıətrafı ərazilərin elektrik enerjisi ilə təminatında müstəsna rolu olan "Abşeron Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) təmir işləri aparır. Bu barədə SC-nin cümə günü yayılan məlumatında deyilir.
"Azərenerji" SC Abşeron yarımadasında elektrik enerjisinin paylanmasının keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparır

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Azərenerji" SC Abşeron yarımadası və Bakıətrafı ərazilərin elektrik enerjisi ilə təminatında müstəsna rolu olan "Abşeron Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) təmir işləri aparır. Bu barədə SC-nin cümə günü yayılan məlumatında deyilir.

Məlumata əsasən, bu, həmişə olduğu kimi qış fəslində də elektrik enerjisinə olan tələbatın daha da dayanıqlı və keyfiyyətli şəkildə ödənilməsinə, elektrik verilişi xətlərində texniki itkilərin azaldılmasına xidmət edir.

Stabil və fasiləsiz işin həyata keçirilməsi məqsədi ilə 220 kV-lik "Hövsan" yarımstansiyasında yağ təsərrüfatı seperatoru və bir neçə eleqaz açarı təmir olunub. 110 kV-lik "Ramana" və "Suraxanı" yarımstansiyaslarında təmir işləri həyata keçirilib. 110 kV-lik "Zığ", "8-ci kilometr", "Əhmədli", "Maştağa", "Zabrat" və digər yarımstansiyalarda da analoji təmir işləri aparılıb.

Müəssisənin xidməti ərazisində olan yüksək gərginlikli hava elektrik verilişi xətlərində də müxtəlif təyinatlı təmir işləri yerinə yetirilib, o cümlədən 12 ədəd xətt armaturları və 530-a yaxın izolyatorlar yeniləri ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti