...

Azərbaycan və Misir neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Energetika Materials 13 Dekabr 2010 14:47 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev dekabrın 14-dən 18-dək Misirə səfəri çərçivəsində bu ölkənin enerji sektorunun nümayəndələri ilə danışıqlar aparacaq. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.
Azərbaycan və Misir neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev dekabrın 14-dən 18-dək Misirə səfəri çərçivəsində bu ölkənin enerji sektorunun nümayəndələri ilə danışıqlar aparacaq. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

Bundan əvvəl, cari ilin iyul ayında Misirin neft naziri Samih Fəhminin Azərbaycana səfəri zamanı neft-qaz yataqlarının kəşfi, hasilat və emal sahəsində əlaqə perspektivləri, Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq, həmçinin Misirdə Azərbaycan Neft Akademiyasının filialının açılışı sahəsində bir sıra təkliflər irəli sürülüb.

Əliyevin Misirə səfəri zamanı yuxarıda qeyd olunmuş sahələrdə əməkdaşlığın başlanmasına aid konkret danışıqlara nail olmaq istiqamətində müzakirələr aparılacaq.

Səfər zamanı sənaye və energetika nazirinin Misirin sənaye müəssisələri ilə tanışlığı nəzərdə tutulub. Həmçinin SUMED şirkəti, MODOR və Əl-Əmriyə neft emalı zavodlarında görüşlərin keçirilməsi planlaşdırılır.

Görüşdə Natiq Əliyev və Misirin neft naziri arasında neft-qaz sahəsində əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Əliyevin səfəri zamanı, həmçinin Misir Prezidenti Hüsnü Mübarək və Baş nazir Əhməd Naziflə görüş təşkil oluna bilər.

Xəbər lenti

Xəbər lenti