...

Azərbaycan neftinin qiymətləri: 20–24 dekabr həftəsinin yekunları

Energetika Materials 25 Dekabr 2010 13:32 (UTC +04:00)
20-24 dekabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 95,39 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən 1,6 dollar çoxdur.
Azərbaycan neftinin qiymətləri: 20–24 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.İsmayılov/

20-24 dekabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 95,39 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən 1,6 dollar çoxdur.

20-24 dekabr həftəsində AZERI LT-nin maksimum qiyməti 96,14, minimum isə 93,84 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

20-24 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 88,6 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 1,3 dollar çoxdur.

20-24 dekabr həftəsində URALS-ın maksimum qiyməti 89,36 dollar/barel, minimum isə 87,12 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

20-24 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 92,94 dollar/barelə yaxın təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən 1,85 dollar/barel çoxdur.

20-24 dekabr həftəsində "Brent Dated"in maksimum qiyməti 93,62 dollar/barel, minimum isə 91,21 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti