...

Azərbaycan neftinin qiymətləri: 3-7 yanvar həftəsinin yekunları

Energetika Materials 8 Yanvar 2011 12:24 (UTC +04:00)
3-7 yanvar həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 95,96 dollar/barel olub.
Azərbaycan neftinin qiymətləri: 3-7 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.İsmayılov/

3-7 yanvar həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 95,96 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 0,57 dollar çoxdur.

3-7 yanvar həftəsində AZERI LT-nin maksimum qiyməti 96,94, minimum isə 94, 47 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

3-7 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 90,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 1,95 dollar/barel çoxdur.

3-7 yanvar həftəsində URALS-ın maksimum qiyməti 91,59 dollar/barel, minimum isə 89,02 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

3-7 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 94,1 dollar/barel olub ki, bu da əvvəlki həftənin orta qiymətindən 1,16 dollar/barel çoxdur.

3-7 yanvar həftəsində "Brent Dated"in maksimum qiyməti 95,15, minimum isə 92,55 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti