...

Azərbaycan neftinin qiymətləri: 7-11 mart həftəsinin yekunları

Energetika Materials 12 Mart 2011 13:13 (UTC +04:00)
7-11 mart həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 117,82 dollar/barelə yaxın olub.
Azərbaycan neftinin qiymətləri: 7-11 mart həftəsinin yekunları

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/

7-11 mart həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 117,82 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən 0,27 dolllar çoxdur.

7-11 mart həftəsində AZERI LT-nin maksimum qiyməti 119,24, minimum isə 116,2 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

7-11 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 109,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 1,12 dollar/barel azdır.

7-11 mart həftəsində URALS-ın maksimum qiyməti 111,39 dollar/barel, minimum isə 108,13 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

7-11 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 114,39 dollar/barel olub ki, bu da əvvəlki həftənin orta qiymətindən 0,46 dollar/barel azdır.

7-11 mart həftəsində "Brent Dated"in maksimum qiyməti 115,96, minimum isə 112,81 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti