...

Buxarestdə AGRI layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək

Energetika Materials 24 May 2011 22:39 (UTC +04:00)
Mayın 26-27-də Buxarestdə AGRI layihəsində iştirak edən ölkələrin - Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstanın iqtisadiyyat və enerji nazirləri arasında görüşün, eləcə də bu layihənin icrası üçün yaradılmış AGRI LNG Co. şirkətinin İdarə Heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulmuşdur.
Buxarestdə AGRI layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 24 may /Trend/

Mayın 26-27-də Buxarestdə AGRI layihəsində iştirak edən ölkələrin - Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstanın iqtisadiyyat və enerji nazirləri arasında görüşün, eləcə də bu layihənin icrası üçün yaradılmış AGRI LNG Co. şirkətinin İdarə Heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Görüşdə AGRI layihəsinə maraq göstərən şirkət və təşkilatların təqdimatları dinləniləcək, habelə AGRI LNG Co. şirkətinin 2011-2012-ci illər üçün fəaliyyət proqramının və büdcəsinin razılaşdırılması istiqamətində müzakirələr aparılacaqdır. Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ-nin vitse-prezidentinin müavini, AGRI LNG Co. şirkətinin İdarə Heyətinin üzvü Vitaliy Bəylərbəyov təmsil edəcəkdir.

2010-cu il sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar. Sənəddə AGRI layihəsinin TİƏ-nin 2012-ci ilin aprelindən gec olmayaraq başa çatdırılmasının zəruriliyi göstərilib. Həmçinin, TİƏ-nin hazırlanması üçün zəruri maliyyələşdirmənin cəlb edilməsinə layihədə iştirak edən şirkətlərə dəstək göstərilməsi zəruriliyi də qeyd olunub. Sənəddə qeyd olunur ki, AGRI çərçivəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha qısa marşrutunun tapılmasını, Rumıniya-Macarıstan (Arad-Şeged) interkonnektorunun yaradılmasını nəzərdə tutur.

Bundan əvvəl Rumıniyada AGRI layihəsi çərçivəsində yaradılan birgə müəssisə yeni layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) və maliyyələşdirmə mənbələrinin axtarışı ilə məşğul olacaq.

Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın Neft və Qaz Korporasiyası, ARDNŞ və Macarıstanın MVM şirkətləridir. Birgə müəssisənin iştirakçılarının hər biri 25 faizlik iştirak payına malikdir.

Xəbər lenti

Xəbər lenti