...

Azərbaycan neftinin qiymətləri: 20-24 iyun həftəsinin yekunları

Energetika Materials 25 İyun 2011 13:06 (UTC +04:00)
20-24 iyun həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 114,6 dollar/barelə yaxın olub.
Azərbaycan neftinin qiymətləri: 20-24 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.İsmayılov/

20-24 iyun həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 114,6 dollar/barelə yaxın olub. Bu, ötən həftənin qiymətindən təxminən 6,9 dollar azdır.

20-24 iyun may həftəsində AZERI LT-nin maksimum qiyməti 118,02, minimum isə 109,52 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

20-24 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 107,3 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 6,88 dollar/barel azdır.

20-24 iyun həftəsində URALS-ın maksimum qiyməti 110,62 dollar/barel, minimum isə 102,42 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

20-24 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 110,24 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 7,5 dollar azdır.

20-24 iyun həftəsində "Brent Dated"in maksimum qiyməti 113,79, minimum isə 104,9 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti