...

Azərbaycanın Dövlət Neft Fondu yeni investisiya siyasəti hazırlayır

Energetika Materials 2 Noyabr 2011 12:06 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) gələn il üçün Fondun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə olunması qaydalarına edilmiş dəyişiklikləri nəzərə alaraq yeni investisiya siyasəti hazırlayır.
Azərbaycanın Dövlət Neft Fondu yeni investisiya siyasəti hazırlayır

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) gələn il üçün Fondun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə olunması qaydalarına edilmiş dəyişiklikləri nəzərə alaraq yeni investisiya siyasəti hazırlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNF-nin rəhbəri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, investisiya siyasəti illik hazırlanır və onun hazırlanması başa çatdıqdan sonra o, ARDNF-nin büdcəsi ilə birlikdə Müşahidə Şurasına və dövlət başçısına təqdim olunacaq.

Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə olunması qaydalarına dəyişikliklərin edilməsi son 10 ildə ilk dəfə olaraq həyata keçirilir və bu, ARDNF-nin mühafizəkar siyasətə tərəfdar olmasının göstəricisidir. Fond habelə səhmlərə, daşınmaz əmlaka, qızıla investisiyaların yatırılması imkanı əldə edib. Aktivlərinin investisiya vəsaitləri portfelinə yerləşdirilməsi mümkün olan ölkələrin siyahısı da genişləndirilib. Oraya Türkiyə və Rusiya əlavə edilib.

Bundan əlavə, valyuta kompozisiyasına dəyişikliklərin edilməsi fondun öz fəaliyyətini genişləndirmək niyyətinin göstəricisidir.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və indiki anda onun aktivləri 271 milyon dollar təşkil edir. 2011-ci il yanvarın birinə ARDNF-nin aktivləri 22,8 milyard dollar təşkil edir. Fondun cari aktivləri isə artıq 32 milyard dollar səviyyəsindədir.

ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm infrastruktur sahələrin, eləcə də ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda irriqasiya, nəqliyyat sahəsində bir sıra mühüm layihələr maliyyələşdirilir.

Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Xəbər lenti

Xəbər lenti