...

Azərbaycan qazının Avropaya tədarükü layihəsi üzrə tenderin müddəti uzadılıb

Energetika Materials 12 Yanvar 2012 18:42 (UTC +04:00)
Azərbaycan qazının Avropaya tədarükü layihəsi üzrə tenderin müddəti uzadılıb.
Azərbaycan qazının Avropaya tədarükü layihəsi üzrə tenderin müddəti uzadılıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

"SC AGRI LNG Project Company SRL" (AGRI) şirkəti (birgə müəssisə) qazın Gürcüstan və Qara dənizdən keçməklə Azərbaycandan Avropaya tədarükü layihəsinin inkişafı üzrə layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) üçün təkliflərin son verilmə müddətini yanvarın 31-nə qədər uzadıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaydığı məlumatda deyilir.

TİƏ-nin hazırlanması layihənin texniki, maliyyə və iqtisadi rentabelliyini müəyyən etmək üçün lazımdır.

Əvvəllər maraqlı tərəflər tender üzrə təkliflərini 2012-ci il yanvarın 19-na qədər təqdim etməli idilər. Tenderin şərtləri ilə http://agrilng.com/agrilng/Home/Actualitati ünvanında tanış olmaq olar.

AGRI şirkətinin iştirakçıları ARDNŞ, Gürcüstan Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın "Romgaz" şirkətləridir. AGRI-nın Direktorlar Şurasının sədri ARDNŞ-nin investisiya və marketinq məsələləri üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovdur.

Azerbaijan-Georgia-Romanian Interconnector (AGRI) sıxılmış qazın Gürcüstan və Qara dənizdən keçməklə Azərbaycandan Rumıniya, Macarıstan və Avropanın digər ölkələrinə tədarükünü nəzərdə tutur.

AGRI layihəsinin gücü 3 variantda nəzərdən keçirilir - ildə 2 milyard kubmetr qaz, 5 milyard kubmetr və 8 milyard kubmetr. İlkin məlumata görə, layihənin gücündən asılı olaraq, AGRI layihəsinin dəyəri 1,2 milyard avro və 4,5 milyard avro arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti