...

ARDNŞ Azərbaycanda quraşdırılmış "smart-kart" tipli qaz sayğaclarının sayını açıqlayıb

Energetika Materials 20 Aprel 2012 18:30 (UTC +04:00)
2012-ci il aprelin 1-nə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Azərbaycan ərazisində 345 912 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.
ARDNŞ Azərbaycanda quraşdırılmış "smart-kart" tipli qaz sayğaclarının sayını açıqlayıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.İsmayılov/

2012-ci il aprelin 1-nə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Azərbaycan ərazisində 345 912 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, respublikada quraşdırılan "smart-kart" tipli sayğaclar Fransanın İTRON şirkətinin istehsalıdır.

Bakı şəhəri rayonlarının qaz istismar sahələri ilə yanaşı, Gəncə, Sumqayıt, Ağsu, Hacıqabul, Naftalan, Goranboy, Sabirabad və Göygöl rayonlarında da "smart-kart" tipli sayğacların quraşdırılmasına başlanıb.

Xəbər lenti

Xəbər lenti