...

Neft qiymətləri proqnozunun dəyişikliyindən Azərbaycan dövlət büdcəsinə əlavə 600 milyon dollardan çox vəsait daxil olacaq

Energetika Materials 29 May 2012 15:47 (UTC +04:00)
Azərbaycanın 2012-ci il dövlət büdcəsinə dəyişikliklər zamanı büdcədə nəzərdə tutulan 1 barel neftin 80 manat proqnoz qiymətinin 100 dollaradək artması neft sektorundan vergilər üzrə proqnozun 500 milyon manat çoxalmasını gözləməyə imkan verir.
Neft qiymətləri proqnozunun dəyişikliyindən Azərbaycan dövlət büdcəsinə əlavə 600 milyon dollardan çox vəsait daxil olacaq

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın 2012-ci il dövlət büdcəsinə dəyişikliklər zamanı büdcədə nəzərdə tutulan 1 barel neftin 80 manat proqnoz qiymətinin 100 dollaradək artması neft sektorundan vergilər üzrə proqnozun 500 milyon manat çoxalmasını gözləməyə imkan verir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2012-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

"Dövlət büdcəsinin gəlirlər üzrə proqnozunun 600 milyon manat artırılması neft sektoru ilə vergi daxilolmaların 500 milyon manat, qeyr-neft sektorundan isə 100 milyon manat artırılması hesabına təmin ediləcək", - nazir deyib.

Onun sözlərinə görə, neftin qiymətlərinə olan proqnozun artırılması Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərini 3,625 milyard manat artıracaq.

Xəbər lenti

Xəbər lenti