...

Avropa Parlamentinin deputatları "Nabukko" layihəsinin reallaşması üçün öz töhfələrini vermək əzmindədirlər

Energetika Materials 24 Sentyabr 2012 16:39 (UTC +04:00)
Avropa Parlamentinin deputatları "Nabukko" layihəsinin reallaşması üçün öz töhfələrini vermək əzmindədirlər.
Avropa Parlamentinin deputatları "Nabukko" layihəsinin reallaşması üçün öz töhfələrini vermək əzmindədirlər

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentinin deputatları "Nabukko" layihəsinin reallaşması üçün öz töhfələrini vermək əzmindədirlər.

Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, millət vəkili Fuad Muradov bazar ertəsi Trend-ə bildirib ki, qurumun enerji təhlükəsizliyi üzrə Brüsseldə keçirilən seminarında Parlament Assambleyasının üzvləri olan avropalı deputatlar "Nabukko" layihəsinin tam olaraq reallaşması üçün Avropa Parlamentində iş aparmağın vacibliyini vurğulayıblar.

"Seminar zamanı ümumilikdə Avropa regionunda gələcəkdə yeni infrastruktur layihələrin inşası, mövcud layihələrin əhəmiyyətinin yüksəldilməsi müzakirə olunub", - Muradov bildirib.

Seminar zamanı avropalı deputatlar həmçinin Avropa İttifaqına daxil olan ölkələrin ümumi enerji siyasətinin olmamasını qeyd ediblər. Onlar hazırda enerji ötürülməsi ilə bağlı problemin istahsalçı ölkələrdə deyil, məhs Aİ-yə daxil olan ölkələrdə vahid siyasətin olmamasında görürlər.

Komitənin həmsədri bildirib ki, seminarda deputatlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin qorunmasında olan xüsusi rolunu qeyd edib, bunun bir sıra Asiya ölkələri üçün örnək olmasını istədiklərini bildiriblər.

Muradov bildrib ki, seminarın sonunda tədbirin hər il ənənəvi olaraq keçirilməsi barədə Avropa Parlamentinin Katibliyinə müraciət ünvanlanıb. "Müraciət müsbət cavablandırılarsa növbəti il üçün seminarın Bakıda, yaxud Vilnüsdə keçirilməsi müzakirə olunacaq", - deputat deyib.

Xəbər lenti

Xəbər lenti