...

Türkiyənin TPAO şirkəti və "Shell" Qara dənizdə neft kəşfiyyatı üzrə saziş imzalayıblar

Energetika Materials 14 Fevral 2013 13:21 (UTC +04:00)
Türkiyənin neft-qaz korporasiyası TPAO və "Shell" şirkəti Qara dənizdə neft yataqlarının kəşfiyyatı üzrə 150 milyon dollar məbləğində saziş imzalayıblar.
Türkiyənin TPAO şirkəti və "Shell" Qara dənizdə neft kəşfiyyatı üzrə saziş imzalayıblar

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin neft-qaz korporasiyası TPAO və "Shell" şirkəti Qara dənizdə neft yataqlarının kəşfiyyatı üzrə 150 milyon dollar məbləğində saziş imzalayıblar. Bu barədə cümə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, TPAO-nun "Shell" ilə Qara dənizdə neft yataqlarının kəşfiyyatına dair imzalayacağı sazişə əsasən, şirkətlər ilkin olaraq quyuların birində qazma işləri aparacaqlar.

Gələcəkdə quyuların sayı artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti